EN

Dəm qazından ölən tələbə barədə yeni detallar üzə çıxdı

Azərbaycanda zəhərlənərək ölən tələbə barədə bəzi detallar məlum olub.

OXU24.COM  xəbər verir ki, Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.

Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub.

Qeyd edək ki, Balabacı Manafova Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Chosen
19
22
oxu24.com

10Sources