EN

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan panel müzakirələrində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

Mia.az-ın məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələri əhatə edən əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Eyni zamanda, Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan Respublikası bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır.

Samir Musayev

MİA.AZ
 

Chosen
22
44
mia.az

10Sources