Rusiya millisi Bruney seçməsi ilə yoxlama matçı keçirib.
Axar.az xəbər verir ki, şimal qonşularımız Bruney yığmasına 11-0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir. Bu səbəbdən Rusiya millisi yalnız yoxlama görüşlərində qüvvəsini sınaya bilir.