EN

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır - COP29-un prezidenti

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır.

Olaylar xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl Rəqəmsal Fəaliyyət" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

"Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır. Onlar iqlimin monitorinqi, erkən xəbərdarlıq sistemləri, enerji səmərəliliyinin artırılması və dövri iqtisadiyyat prinsiplərinin təşviqi üçün güclü vasitələr təqdim edir.

Eyni zamanda, rəqəmsal alətlərin geniş yayılması ilə onların ekoloji təsirlərini də nəzərə almalıyıq. Bu, enerji istehlakının artması, tullantıların çoxalması və elektron tullantılar problemini əhatə edir.

Dünya Bankının məlumatına görə, hazırda informasiya-kommunikasiya texnologiyaları sektoru qlobal tullantıların təxminən 4 faizinə cavabdehdir. Biz bu təsiri minimuma endirmək üçün hərəkətə keçməliyik", - deyə M. Babayev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
49
olaylar.az

10Sources