EN

Abxaziya lideri fikrindən daşındı: istefa verməyəcək

Abxaziyanın lideri Aslan Bjaniya istefa verməkdən imtina edib.

Musavat.com-un məlumatına görə, Bjaniya bildirib ki, o və “vitse-prezident” yerindədir, fəaliyyətlərini davam etdirəcəklər.

A.Bjaniya həmçinin Abxaziya sakinlərini “təxribatlara uymamağa” çağırıb.
Səhər saatlarında müxalifətin çağırışı ilə insanlar parlamentin yaxınlığında toplaşmağa başlayıb. Ali qanunverici orqan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.

Onlar Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Musavat.com

Chosen
7
16
musavat.com

10Sources