FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Publika.az xəbər verir ki, Ə.Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kviatovski və Pavel Pskit olacaq.