EN

Üzünü qırxan qadınların diqqətinə:  İnfeksiya və yara riski var

Üzünü Üzünü qırxan qadınların diqqətinə:

Kosmetoloq, dermatoloq, tibb elmləri namizədi Nadejda Vişçipanova bildirib ki, xüsusi sprey və neştərdən istifadə edərək üzü qırxmaq tendensiyası qadınlarda bir sıra problemlərə gətirib çıxara bilər.

E-saglam.az xəbər verir ki, o, “Moskva 24” telekanalına müsahibəsində bu prosedurun təhlükələrindən danışıb.

N.Vişçipanova bildirib ki, prosedura dermaplaninq adlanır və bu təraş üsulu ilə üz dərisində qabıqlanma, quruluq, piqmentasiya və qıcıqlanma riski var: "Quru, qıcıqlanmış, iltihablı dəri üzərində qırxsanız, bu prosesləri pisləşdirə bilərsiniz”, - həkim qeyd edib.

Yaralar və infeksiyalara əlavə olaraq, belə təraş tüklərin böyüməsinə gətirib çıxarır. Bıçaq tükün yalnız üst hissəsini kəsərək, tük folikulunu geridə qoyur. Tüklər daha aktiv şəkildə böyüməyə başlayır, daha qalın olur. Həkim tükləri neştərlə götürmək əvəzinə təhlükəsiz və effektiv üsullara - mum və ya elektroliz üsullarına müraciət etməyi təklif etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
18
e-saglam.az

1Sources