EN

"Rəqəmsal transformasiyanın karbon emissiyasını azaltmasına çalışmalıyıq"- Litva Rəsmisi

"Yaşıl rəqəmsal keçid" termini məşhur ifadə kimi görünə bilər, lakin rəqəmsal alətin təkcə telekommunikasiyada deyil, həm də digər sektorlarda davamlılığı əhəmiyyətli dərəcədə artıra biləcəyini xatırlamaq vacibdir.

"EDnews" xəbər verir ki, bunu Litvanın nəqliyyat və rabitə nazirinin müavini Aqne Vaysyurtviçyute COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O qeyd edib ki, Litva müxtəlif sektorlarda rəqəmsal texnologiyaya keçidə töhfə verir: "Artıq bizdə 4G və 5G texnologiyaları işlədilir. Kağızdan istifadə külli miqdarda azaldılıb ki, data istifadəsi genişləndirilsin. Bizim özəl data mərkəzimiz var ki, burada günəş enerjisindən istifadə edilir, eyni zamanda yaşayış mərkəzlərindən gələn istilik yenidən emal edilərək istifadə olunur".

Nazir müavini əlavə edib ki, rəqəmsallığın gücləndirilməsi üçün innovasiyaların gücləndirilməsinə çalışmaq lazımdır: "Rəqəmsal çağırışlar qarşımızdadır. Rəqəmsal transformasiyanın qlobal miqyasda karbon emissiyasının azaldılmasına töhfə verməsinə çalışmalıyıq".

Chosen
36
ednews.net

1Sources