EN

Botoksun zərələri nələrdir? —Bunlara diqqət edin

Xarici ölkələrdən birində botoks prosedurundan sonra qadında ikili görmə, danışıq problemləri yaranıb. Həkimə müraciət edən qadın illərdir “yatmış” olan xəstəliyinin botoksdan sonra oyandığını öyrənib. Daha sonra əməliyyat etdirmək məcburiyyətində qalıb.

Ölkəmizdə də son 17 il ərzində botoks proseduru etdirənlərin sayı xeyli artıb. Proseduru etdirməzdən öncə pasiyentin sağlıq problemlərinə demək olar ki, baxılmır. Botoks üçün müraciət edənlərin çoxu heç özləri də bədənlərinin daxilində gedən proseslərdən xəbərdar olmur. Nəticədə gözəllik üçün sağlamlıq bir göz qırpımında fəda edilir. 
Demokrat.az məsələ ilə bağlı araşdırma aparıb:
Botoksun bilinən, bədənə yayılan sistemik bir zərəri yoxdur. Botoks sadəcə tətbiq edildiyi bölgəyə təsir edir. Uyğun dozalarda, doğru nahiyəyə tətbiq edildikdə estetik olaraq da heç bir problem yaratmır. Pasiyentin həkimin əlləri altında hər hansı problem yaşamayacağı deyilə bilər. Əmələ gələ biləcək problemlər daha çox pasiyentin özündən asılı olur. Məsələn, prosedurdan sonra ilk 8 saat ərzində 5 dəqiqədən artıq  başıaşağı formada qalmaq, çox isti və ya çox soyuqda qalmaq, prosedurun tətbiq edildiyi bölgəyə toxunmaq kimi hallar problem yarada bilər. “Göz qapağı düşməsi” kimi adlandırılan  problemlərin düzəlməsi isə 1.5-2 aya yaxın vaxt aparır. Bunun da əsas səbəbi iynənin qaşın tam üstünə vurulması olur. Bunun xaricində edilən prosedurun zəif təsir etməsi mümkündür. 

Botoksun təsirini bəyənməsək, geri dönüşü mümkündür?

Ekspertlər bildirir ki, əvvəlki halınıza qayıtmağınız o an üçün mümkün deyil. Sadəcə botoksun təsirinin tez keçməsi üçün çalışmaq lazımdır. Botoks bir növ toksin hesab olunur. Həmin toksini bədəndən ata bilmək üçün buxar, sauna prosedurları və idman etmək olar. Bütün bunlar botoks effektini azaldır. Onun xaricində vurala biləcək iynə və.s tibbdə mümkün deyil. Problemləri keçirməyin ən yaxşı yolu zamana buraxmaqdır.

Əfsanə Kamal
Demokrat.az
Chosen
22
1
demokrat.az

2Sources