EN

Tramp Liberty Energy şirkətinin baş direktoru Kris Raytı ABŞ Energetika Naziri təyin edəcək

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetikanaziri vəzifəsinə Liberty Energy neft şirkətinin rəhbəri KrisRaytın namizədliyini irəli sürməyi planlaşdırır.

Trend xəbər verirki, seçilmiş prezidentin keçid komandası tərəfindən verilənbəyanatda Kris Raytın enerji sənayesində aparıcı texnoloq və uğurlusahibkar olduğu vurğulanıb. “O, nüvə, günəş, geotermal və neft-qazenerjisi sahələrində geniş təcrübəyə malikdir,” - deyə sənəddə qeydolunur. Rayt həmçinin Trampın yeni elan etdiyi Milli EnerjiŞurasına da üzv olacaq. Bu şuraya Şimali Dakota ştatınınqubernatoru Duqlas Burqum rəhbərlik edəcək. Burqum daha əvvəl Tramptərəfindən Daxili İşlər Nazirliyinə rəhbərlik etməyə namizədgöstərilmişdi.

Tramp bəyanatında bildirib: “Kris Rayt və Duqlas Burqum birgəişləyərək ABŞ-ın enerji dominantlığını təşviq edəcəklər. Bu,inflyasiyanın azaldılmasına və süni intellekt sahəsində Çin vədigər ölkələr üzərində üstünlüyün əldə edilməsinə səbəbolacaq.”

Amerikanın media orqanlarının yazdığına görə, Kris Rayt Trampınenerji siyasətini dəstəkləyən əsas fiqurlardan biridir. O, nefthasilatının artırılmasının tərəfdarıdır və qalıq yanacaqlarınəhəmiyyətinə inanır. 2023-cü ildə CNBC-yə verdiyi müsahibəsindəRayt bildirib: “Dünya neft və qazla işləyir və biz buna ehtiyacduyuruq.” Onun, Trampın iqlim dəyişikliyi ilə bağlı qlobaləməkdaşlıqdan imtina siyasətini dəstəkləyəcəyi gözlənilir, çünkiRayt istixana qazı emissiyalarının planetin temperaturunuartırdığına və təbii fəlakətlərə səbəb olduğuna inanmır.

Qeyd edək ki, hazırda ABŞ-ın energetika naziri vəzifəsindəCennifer Qranholm çalışır. ABŞ Energetika Nazirliyi nüvə hərbikompleksinə rəhbərlik edir.

Chosen
48
3
az.trend.az

10Sources