EN

Rusiyada güclü zəlzələ oldu

Kamçatkanın şərq sahillərində gecə saatlarında 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Kamçatka filialının məlumatına görə, seysmik hadisənin ocağı 47,6 kilometr dərinlikdə yerləşib.

Petropavlovsk-Kamçatskidə hiss edilən yeraltı dalğaların intensivliyi üç bal olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb və dağıntılar barədə məlumat daxil olmayıb./Publika.az

Chosen
18
50
musavat.com

10Sources