EN

"Hizbullah" təhsilçisi ÖLDÜRÜLDÜ

İsrailin Beyrutun sıx məskunlaşdığı ərazidə binaya endirdiyi zərbə nəticəsində Livan "Hizbullah" hərəkatının media ilə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Afif ölüb.

Musavat.com bildirir ki, bu barədə Reuters iki Livan təhlükəsizlik mənbəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İsrail ordusu "Reuters"in suallarına cavab olaraq şərh verməkdən imtina edib. Zərbənin İsrailin bombardmanları nəticəsində Beyrutun cənub ətrafını tərk etmək məcburiyyətində qalan çoxlu sayda insanın sığınacaq axtardığı Ras əl-Nabaa bölgəsinə dəydiyi bildirilir.

Musavat.com

Chosen
27
1
musavat.com

2Sources