Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı nazirlərin dəyirmi masasında müzakirə olunacaq mövzuları açıqlayıb.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, dəyirmi masada “Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr”, “İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu”, “Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri”, “Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni intellektin potensial rolu”, “Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları”, “Çoxtərəfli inkişaf banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu” mövzuları ətraflı müzakirə olunacaq.