EN

Avtomobilin mühərrikinin yuyulması zamanı nələrə diqqət edilməlidir? VİDEO

Bəzən avtomobilin mühərrikində illərlə yağ, çirk və digər maddələr yığılıb qalır. Başqa sözlə, avtobillərin mühərrikinin yuyulması zərurəti yaranır.

Avtomobil sahibləri isə bəzi hallarda mühərrik hissəsinin yuyulmasına risk etmirlər. Bəs həqiqətən də bu hissənin yuyulması avtomobilə zərər verə bilərmi?

Xezerxeber.az-ın məlumatına görə, 13 ildir, bu işlə məşğul olan Ömər Hafiz deyir ki, bütün hallarda mühərrik hissə yuyulan zaman diqqətli olmaq lazımdır. Əks halda, ani diqqətsizlik avtomobil sahiblərini əlavə maddi zərərə sala bilər. O tövsiyə edir ki, bu iş mütləq peşəkarlara həvalə olunmalıdır.

Sonrakı mərhələdə mühərrik hissəsinə keyfiyyətli dərman və ya yuyucu vasitələr vurulmalıdır ki, naqillərə və digər plastik hissələrə zərər verməsin. Dərman vurduqdan 5 dəqiqə sonra isə yuyulma prosesi başlayır. Su ilə yuyulduqdan sonra isə həmin hissənin qurudulması mütləqdir.

Ömər usta onu da qeyd etdi ki, avtomobilin mühərrikinin yuyulması qiymətləri 30 manatdan başlayır. Qiymət marka, model, çirklilik səviyyəsi və riskə görə dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
24
3
xezerxeber.az

4Sources