Sumqayıtda mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə 26-cı məhəllədə baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü Dadaş Rafəddin oğlu Nəzərovun meyiti tək yaşadığı ünvanda tapılıb.
Meyit aşkarlanan zaman üzərində zorakılıq əlamətləri olub. Mərhumun oğlu onun mənzildə yıxılaraq öldüyünü ehtimal edir.
Fakt araşdırılır.