UEFA Millətlər Liqasının 5-ci turunun ən yaxşı qolu bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Polşaya qarşı (5:1) vurduğu qolun ən yaxşısı seçilib.
Qeyd edək ki, Kriştiano Ronaldo həmin matçada dubl edərək ümumi qol sayını 910-a çatdırıb.