EN

Jurnalist Cəmil Məmmədli kassasiya şikayəti verdi

Jurnalist Cəmil Məmmədlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin  hökmü ilə Cəmil Məmmədli 6 il 12 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Qeyd: Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 18 Noyabr 2024, 08:44   
Chosen
29
pravda.az

1Sources