Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az-ın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Bakuinfo.net