EN

“Bu, NATO-nun Rusiyaya qarşı müharibədə iştirakı deməkdir”Putin

Rusiya XİN ABŞ, Fransa və İngiltərənin Ukraynaya Rusiyanı uzaqmənzilli silahlarla vurmasına icazə verməsi barədə xəbərlərə reaksiyası lakonik olub.

Azpost.info bildirir ki, XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Putinin bir neçə ay dediyi sözlərini xatırladıb. Onun sözlərinə görə, bu, “NATO ölkələri Rusiya ilə müharibə vəziyyətindədir” demək olacaq.

“Prezident bu məsələ ilə bağlı danışıb”, – Zaxarova bildirib.

“Kiyevə uzaqmənzilli silahlardan istifadə etməyə icazə verilməsi münaqişənin mahiyyətini, xarakterini dəyişəcək”. Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin sentyabrında deyib. “Bizim üçün yaradılacaq təhdidlər əsasında müvafiq qərarlar qəbul edəcəyik”, – Rusiya prezidenti bildirib. “Bu, NATO ölkələrinin birbaşa hərbi münaqişəyə cəlb edilib-edilməməsi ilə bağlı qərar verməklə bağlıdır”, – deyə prezident bildirib.

Chosen
4
39
azpost.info

10Sources