EN

Peskov Qərbin Rusiyaya zərbələr endirmək üçün mümkün icazəsini dəyərləndirib

"Əgər ABŞ həqiqətən də Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə veribsə, bu, gərginliyin yeni mərhələsidir". 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hələlik söhbət yalnız Qərb mətbuatında rəsmi mənbələrə keçidi olmayan nəşrlərdən gedir.

"Rusiya tərəfinin mövqeyi prezident Vladimir Putin Sankt-Peterburqda bəyanatla çıxış edəndə aydın şəkildə ifadə olunub, mən sizə prezidentin bu sözləri ilə tanış olmağı tövsiyə edirəm. Əgər belə bir qərar tərtib edilibsə və Kiyev rejiminə çatdırılıbsa, bu, keyfiyyətcə yeni gərginlik raundu və ABŞ-nin bu münaqişədə iştirakı nöqteyi-nəzərindən yeni vəziyyətdir ", - deyə Peskov vurğulayıb. 

O vurğulayıb ki, Ağ Ev münaqişədə gərginliyin artırılmasına yönəlmiş addımlar atır.

Xatırladaq ki, dünən “ The New York Times” qəzetinin məqaləsində ABŞ-nin hazırkı prezidenti Co Baydenin Rusiya Federasiyasına zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verdiyi bildirilib. Bu, tez bir zamanda digər Qərb nəşrlərinə yayılıb. 

Gülayə Mecid 

Chosen
18
44
unikal.az

10Sources