EN

Şiddətli Covid xərçənglə mübarizəyə kömək edir?

Amerikalı alimlər hesab edirlər ki, ağır Covid infeksiyası ilə yoluxma xərçəng əleyhinə hüceyrələrin istehsalını stimullaşdırır.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Tədqiqat JCI elmi jurnalında dərc olunub.

Keçmiş tədqiqatlar bəzi iltihablı proseslərin monositlərin, xüsusi ağ qan hüceyrələrinin xüsusiyyətlərini dəyişdirə biləcəyini göstərib. Bu monositlər patogenləri tanımaq və effektiv immun cavab yaratmaq üçün öyrədilir.

Elm adamları, bəzi xəstələrin ağır Covid-19-a yoluxduqdan sonra xərçəng şişlərinin kiçilməsini müşahidə etdilər. Belə insanlardan alınan qan nümunələrini təhlil etdikdən sonra məlum olub ki, ciddi infeksiya nəticəsində yaranan monositlər Covid-19 RNT-nin spesifik ardıcıllığına effektiv şəkildə bağlanan unikal reseptora malikdirlər.

Alimlər müxtəlif xərçəng növlərinin – melanoma, ağciyər, döş və kolon xərçənginin dördüncü mərhələsində olan siçanlar üzərində təcrübə aparıblar. Nəticədə xərçəngin dörd növünün hamısının şişləri kiçilib.

Beləliklə, mütəxəssislər dəyişdirilmiş monositlərin xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu aşkar ediblər. Bu hüceyrələr şişlərə köçərək onların kiçilməsinə səbəb olur. Alimlər hesab edirlər ki, oxşar terapiya insanlarda xərçəngin müxtəlif formalarının müalicəsində təsirli ola bilər.

Chosen
12
medianews.az

1Sources