EN

Ermənistanda hakim elita parçalanır?

"Mən şübhə etmirəm ki, bütün sistemə bir nəfər – Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan rəhbərlik edir".

Musavat.com xəbər verir ki, bunu erməni müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, 6-7 il hakimiyyətdə olduqdan sonra təqdim olunan göstəricilərin tələblərə cavab verməməsi və ya səbr kasasının tükənməsi ilə bağlı deyilənlər inandırıcı görünmür.

Abramyanın fikrincə, zaman keçdikcə təhlükəsizlik qüvvələri qarşısında onların da yerinə yetirə bilmədiyi tələblər qoyulub.

Lakin  Tiqran Abramyan bütün bu prosesləri hakim siyasi elita daxilində parçalanma kimi qiymətləndirmək fikrindən uzaq olduğunu deyib.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa veriblər.

Musavat.com

Chosen
3
11
musavat.com

6Sources