EN

Zelenski qəzəbləndi, "Le Figaro" xəbəri sildi

Fransanın "Le Figaro" nəşri Fransa və Böyük Britaniyanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatları silib.

News365.az xəbər verir ki, silinmiş məlumatda Paris və Londonun öz SCALP və Storm Shadow raketləri ilə Kiyevə hücumlar etməklə bağlı icazəsi yer alıb. 

Bundan əvvəl Amerika mediası ABŞ prezidenti Co Baydenin administrasiyasının Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri aradan qaldırdığını bildirib. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Qərb mediasında ABŞ, Fransa və Britaniyanın Rusiyanın dərinliklərini uzaqmənzilli raketlərlə vurmaq barədə yazıların geniş ictimaiyyətə açıqlanmasını yolverilməz hadisə hesab edərək buna etirazını bildirib.  

Chosen
4
2
news365.az

3Sources