EN

Prezident Duda: Polşa Almaniya və Rusiyanın “Şimal axını” ilə bağlı razılığa gəlməsindən qorxur

Polşa prezidenti Andjey Duda Almaniyanın “Şimal axını” qaz kəmərində işlərin bərpası ilə bağlı Rusiya ilə razılaşa biləcəyindən ehtiyat etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mən şübhə edirəm ki, Şolz və Putin arasında bu söhbət müttəfiqlərlə razılaşdırılıb. Hesab edirəm ki, bu, kansler Şolzun icazəsiz hərəkəti idi. Almaniya, yəqin ki, Rusiyada enerji ehtiyatlarını ala bilmək üçün Rusiya ilə enerji müqavilələrinə qayıtmaq üçün Rusiya ilə razılaşmaq imkanlarını axtarır”, – Duda bildirib.

O, federal kansler ilə Rusiya lideri arasında telefon danışığını “Şimal axınının funksionallığını bərpa etmək cəhdi” adlandırıb. Duda onu da vurğulayıb ki, Polşa bu cür hadisələrin ardıcıl əleyhdarıdır və uzun illərdir ki, qaz kəmərinin istismarına qarşı çıxır.

Chosen
3
2
nocomment.az

3Sources