EN

Rusiya XİN: Ukrayna ərazimizə raket hücumu etsə, bu, münaqişənin mahiyyətini dəyişəcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın dərinliklərinə raket zərbələri endirmək üçün Kiyevə icazə verildiyi iddia edilən xəbərlərə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

“Kiyevin ərazimizə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda bilavasitə iştirakı anlamına gələcək, eləcə də münaqişənin mahiyyətini köklü şəkildə dəyişəcək”, -XİN rəsmisi qeyd edib.

Chosen
28
4
apa.az

10Sources