EN

Rusiyaya raket atılsa, günahkar ABŞ olacaq - Zaxarova

Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməsi ABŞ-ın ölkəmizə qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq, bu münaqişənin mahiyyətini kökündən dəyişəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bunu Qərbin Ukraynaya Rusiya Federasiyası ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək üçün icazə verilməsi ilə bağlı xəbərlərə cavab olaraq bildirib. O, qeyd edib ki, Ukraynanın Qərb müttəfiqləri “Moskvaya strateji məğlubiyyət etmək” kimi illüziya yaramtağa çalışırlar.


Müəllif: Arzu
Chosen
20
11
teleqraf.com

10Sources