EN

Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqlarıngözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qaliblərimükafatlandırılıb və fotosərgi açılıb.

Trend xəbər verirki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi vərəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elmvə mədəniyyət xadimləri iştirak ediblər.

Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyivə “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgiplanetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqlarıngözü ilə nümayiş etdirir. "Onların baxışlarında mərhəmət, anlayışvə həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizəetmək istəyi mövcuddur. Biz bu hisslə dünyaya gəlirik, ancaq vaxtkeçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindənnəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır.Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bugünümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.

Layihənin təşəbbüskarı, tanınmış fotoqraf Reza Deqati deyib ki,bu sərginin məqsədi balacaların gözü ilə dünyanın diqqətinitəbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. Müsabiqə ikincidəfədir təşkil olunur. “Biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bumövzuya müraciət etdik. Qısa zamanda dünyanın müxtəlif ölkələrindəyaşayan yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu. Uşaqlar öz fotoları ilətəbiəti sevdiklərini və onu qorumağın vacib olduğunu hər kəsin birdaha diqqətinə çatdırırlar”, - deyən R.Deqati əlavə edib ki, 60 iləyaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqlarıntəbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib. “Bizbu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər.Gəlin uşaqlarının sözlərinə baxaq. Çünki onlar hamını təbiətisevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların buçağırışına həssaslıqla yanaşacaq”, - deyə o bildirib.

Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeydedib: “Biz buraya gənclərə və körpələrə sağlam planeti necə təminetmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimaiBirliyi ilə uşaqların, eyni zamanda, BMT-in dostu olan Rezanıniştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çoxməmnunam”.

Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olmağınqürurverici olduğunu söyləyən COP29-un Azərbaycan üzrə gəncləriqlim çempionu Leyla Həsənova bildirib: “Uşaqlara, gənclərə,böyüklərə müraciət edirik ki, həmişə təbiəti sevsinlər və onuçirkləndirməkdən çəkinsinlər. Biz yaşıl dünyanı miras qoymaqistəyirik və uşaqlarımızın indi yaşadığımızdan daha davamlı, dahayaşıl dünyada yaşamalarını diləyirik”.

Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlarasertifikatlar təqdim olunub.

Sonra iştirakçılar “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalqfotomüsabiqə çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidəmüsabiqə qaliblərinin və digər iştirakçıların əsərləri nümayişetdirilib.

Qeyd edək ki, oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadəkuşaqlar və yeniyetmələr arasında keçirilən fotomüsabiqəninməqsədi iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq, eynizamanda gəncləri təbiətin gözəlliyi, çirklənmə və iqlimdəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarınıbölüşməyə dəvət etməkdir.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altındakeçirilən və 3000-dək fotonun təqdim olunduğu müsabiqədəümumilikdə 14 namizəd mükafatlandırılıb.

10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadanolan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncüyerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, BöyükBritaniya, İran, İrlandiya və Myanmardan olan 5 fotoqrafa isəyaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxrimükafatlar təqdim edilib.

10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə vəTürkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görəAzərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasındamünsiflər heyəti, “Reza Visual Academy”, “Degati Agency” və“Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiqgörülüblər.

Müsabiqəyə Azərbaycanla yanaşı, 50 ölkədən - ABŞ, Almaniya,Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka,Fransa, İsveçrə, İtaliya, Kanada, Norveç və digər ölkələrdəniştirakçılar qatılıb. Namizədlərin müsabiqəyə təqdim etdiklərifotolar iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması,problemin həll yollarının vurğulanması və planetimizi qorumaqnaminə məsuliyyət hissini bölüşmək kimi mövzuları əhatəedib.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
13
13
az.trend.az

10Sources