EN

Ermənistanda SİYASİ ŞOK: Paşinyanın gözlənilməz KADR DƏYİŞİKLİKLƏRİ

 

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirərək, bir sıra yüksək vəzifəli məmurları vəzifədən azad edib. Bu addım siyasi dairələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif təhlillərə yol açıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 

Qeyd olunub ki,  Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan vəzifədən azad edilməsi barədə xəbəri gəzinti zamanı  “WhatsApp” vasitəsilə alıb və əvvəlcə bunu zarafat hesab edib.

Daha sonra o, vəziyyəti müzakirə etmək üçün yaxın çevrəsini, o cümlədən İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanı və İrəvanın meri Tiqran Avinyanı toplayıb.

“Joxovurd” qəzetinin yazdığına görə, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bir gün əvvəl Paşinyanla tədbirdə iştirak etsə də, baş nazir ona heç nə deməyib. Daha sonra baş nazirin aparat rəhbəri Araik Arutyunyan ona istefa ərizəsi yazmağı məsləhət görüb.

Politoloq Suren Surenyanç bu dəyişiklikləri seçki dövrü ərəfəsində hakimiyyət sisteminin yenidən qurulması cəhdi kimi qiymətləndirir.

Onun müşahidələrinə görə, vəzifədən azad edilən məmurların əksəriyyəti “harmonik iş” və “sakit və dinc ayrılıq” barədə bəyanatlar veriblər. Surenyanç bu məmurların fərdi xüsusiyyətlərinin zəif olduğunu və onlardan fərqli reaksiya gözləməyin çətin olduğunu vurğulayır.

Politoloq əlavə edir ki, bəzi keçmiş məmurlara qarşı cinayət işlərinin açılması mümkündür. O, “Hər bir inqilab, əvvəlcə başqalarını, sonra isə özünü dəstəkləyənləri ‘yeyir’. Bu, fərdiləşdirilmiş avtoritarizmdir. Mən dəfələrlə qeyd etmişəm ki, Paşinyan hakimiyyəti qorumaq və ya ölkədən qaçmaq üçün hətta öz tərəfdarlarını belə qurban verə bilər” deyə bildirir.

Surenyançın fikrincə, bu kadr dəyişiklikləri Paşinyanın hakimiyyətini möhkəmləndirmək və qarşıdan gələn seçkilərdə üstünlük qazanmaq məqsədi daşıyır. Lakin bu addımların uzunmüddətli siyasi nəticələri hələ dəqiq məlum deyil.

Musavat.com

Chosen
7
1
musavat.com

2Sources