EN

Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi?

Xəbər verdiyimiz kimi ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib. Qeyd edək ki, Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuş, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilmişdi.

Bakıda etirazla qarşılanan ABŞ konqresmeni Frank Peloni ölkəsinə qayıtdıqdan sonra Azərbaycan qarşı daha da aqressivləşəcək? O, hansı əməlləri, ölkəmiz qarşı nə kimi pisliklər edib ki, Bakıda ona belə “dərs” verildi? Pərdəarxası nədir bu məsələdə?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Frank Peloni ölkəsinə qayıtdıqdan sonra Azərbaycana qarşı daha da aqressivləşib-aqressivləşməyəcəyi mühüm məsələ deyil:

“Onun SSRİ dağıldıqdan sonrakı fəaliyyəti Azərbaycana qarşı olub. Erməni diasporu tərəfindən dəstəklənən şəxslərdən biridir. 1999-cu ilə Azərbaycana gələn amerikalı konqresmenlərin tərkibində azərbaycanlı qaçqınlarla görüşməyən yeganə konqresmendir. O, Ermənistanın, eyni zamanda Qarabağda separatçılıqla məşğul olanların maraqlarını müdafiə edən şəxs kimi tanınır. 2017-ci ildə rəsmi Bakı tərəfindən qara siyahıya salınıb. 44 günlük müharibə zamanı da eyni mövqedən çıxış edərək ermənilərin müdafiəsinə qalxmışdı. Xankəndidə qalan separatçıların müdafiəsini də həyata keçirirdi. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı ilə separatizmin ləğvindən sonra Azərbaycana qarşı eyni mövqedən çıxış etdi. Son olaraq, 60 konqresmenin imzaladığı Azərbaycana qarşı sanksiyalar tətbiqi müraciətinin həmmüəllifidir. Burada əsas məqsəd isə könüllü şəkildə Ermənistana gedən ermənilərin Qarabağa qayıdışı, həbsdə olan separatçıların azadlığa buraxılması idi”.

Politoloqun sözlərinə görə, Azərbaycan diplomatik qaydada Frank Peloniyə həqiqətləri başa salmaq istiqamətində addım ata bilərdi:

“Lakin bu mümkün deyildi. Azərbaycanda belə etirazla qarşılanması ona görə də təsadüfi deyil. COP çərçivəsində BMT xətti ilə ölkəyə gəlməsinə rəsmi Bakı etiraz etmir. Azərbaycan COP29-u siyasiləşdirmir və bütün tərəflərin iştirakına, təhlükəsizliyinə şərait yaradır. Qlobal iqlim dəyişikliyi problemi hər hansı ölkənin, yaxud da şəxsin məsələsi deyil. Bütün bəşəriyyəti maraqlandıran mövzudur.

Fikrimcə, Peloninin Bakıya rahat şəkildə səfərinə icazə verilməməli idi. Bu erməni lobbisinin Bakıda güc nümayişi kimi qəbul edilə bilərdi”.

Chosen
9
turkustan.az

1Sources