Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin noyabrın 19-na keçən gecə Bryansk vilayətinin ərazisinə ATACMS raketləri ilə hücum etdiyi barədə xəbəri təsdiqləyib.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayətinə atılan ATACMS uzaqmənzilli raketlərindən eşi “Pantsir” kompleksi tərəfindən vurulub, biri isə zədələnib.
Rusiya Müdafiə Nazirliyi raketlərin Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşdüyünü, yanğın baş verdiyini və onun söndürüldüyünü vurğulayıb.
“Hər hansı tələfat və dağıntı yoxdur”, - nazirlik qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Bayden Ukraynaya Rusiyanın dərinliklərində ATACMS ballistik raketlərilə zərbələr endorməyə icazə verib. Bu haqda "Nyu-York Tayms" məlumat yayıb.
***
Ukrayna artıq Rusiya ərazisini Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmin raketlər Bryansk vilayətindəki sursat anbarına düşüb.
"Həqiqətən də ilk dəfə olaraq Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün ATACMS-dən istifadə edilib. Zərbə Bryansk vilayətindəki obyektə dəyib və o, uğurla vurulub", - hərbi mənbə Ukrayna KİV-nə bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti prezident Baydenin Rusiyanın dərinliklərində uzaqmənzilli zərbələrə icazə verdiyini təsdiqləyib.
Kreml cavab verib ki, bu halda Ukraynaya nüvə silahı ilə cavab verəcəklər.