AZ

Ukrayna ATACMS-la Rusiyada hərbi obyekti vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətindəki obyektə 6 ATACMS raketi ilə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hücumun saat 03:25-də həyata keçirildiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi S-400 və "Pantsir" hava hücumundan müdafiə sistemlərinin onlardan beşini vurduğunu, altıncısının zədələndiyini, onun fraqmentlərinin hərbi obyektin texniki ərazisinə düşərək yanğına səbəb olduğunu qeyd edib. Yanğın tez bir zamanda söndürülüb. Hücum nəticəsində xəsarət alan və dağıntı olmayıb.

Bundan əvvəl Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün ilk dəfə ATACMS-dan istifadə etdiyini açıqlamışdı. Bildirilib ki, hədəf Bryansk yaxınlığında və Ukrayna ilə sərhəddən 130 kilometr aralıda yerləşən Karaçev şəhəri yaxınlığındakı hərbi obyekt olub.

Musavat.com

Seçilən
10
30
musavat.com

10Mənbələr