Rusiya Müdafiə Nazirliyi Ukraynanın Braynsk bölgəsinə Amerika istehsalı olan uzaqmənzilli taktiki "ATACMS" raketləri ilə hücuma keçdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun Bryansk bölgəsindəki bir obyektə 6 ballistik raket atdığı bildirilib.
Açıqlamada raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə raket sistemləri ilə bloklandığı qeyd edilib:
"Təsdiq olunmuş məlumata görə, hücumda Amerika istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Onlardan 5-i məhv edilib, 1-i zədələnib. Onun hissələri Bryansk vilayətində hərbi obyektin texniki zonasına düşüb və yanğın başlayıb. Yanğın söndürülüb".
Seymur BƏNNAYEV