TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Ukrayna Müdafiə Qüvvələrinin ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum etməsindən danışıb.
Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib: “Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.
2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb”.
Ətraflı videoda: