EN

Yanvarın sonuna qədər Ukrayna Silahlı Qüvvələrində ATACMS raketləri bitə bilər

2025-ci il yanvarın sonuna qədər Ukrayna qoşunlarında Amerikanın ATACMS raketləri bitə bilər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Forbes” jurnalında dərc olunan məqalədə hərbi müşahidəçi Devid Eks bildirib.

Ekspert hesab edir ki, yanvarda ABŞ-ın yeni administrasiyası Ukraynaya yardımı dayandıra və ya onun həcmini azalda bilər. Bundan əlavə Co Baydenin Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi ləğv edilə bilər.

Qeyd edək ki, Türkiyənin “Yeni Şafak” qəzeti ATACMS ilə Rusiyaya hücuma icazənin Kiyev üçün vəziyyəti çətinləşdirəcəyini bildirmişdi.

Bizim.Media

Chosen
17
50
bizim.media

10Sources