Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
Turun açılış matçında son çempion "Qarabağ" Masazır təmsilçisi "Sabah"ı məğlub edib (2:1). "Köhlən atlar" həmin qələbədən sonra turnir cədvəlinin zirvəsinə yüksəlib. Xatırladaq ki, "Zirə"nin bu tur üçün nəzərdə tutulan oyunu sabah baş tutacaq.
Bu gün isə qərb təmsilçiləri – "Kəpəz" və "Turan Tovuz" müvafiq olaraq, "Səbail" və "Qəbələ" səfərinə yollanacaqlar.
Premyer Liqa
XIV tur
25 noyabr (şənbə)
14:00. "Səbail" - "Kəpəz"
Baş hakim: Kamal Umudlu.
"ASCO Arena".
16:00. "Qəbələ" - "Turan Tovuz"
Baş hakim: Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.