EN

Gənc müəllimlərin siyasi dəstəyi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib. 
600 müəllimin iştirak etdiyi forumda AGMA-nın sədri Rüfət Əsədzadə məc­lisin məqsəd və əhəmiyyəti barədə iş­tirakçılara məlumat verib. Şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər.
Sonda qəbul edilən bəyanatda gənc müəllimlərin milli təhsilin inkişafına bö­yük töhfələr vermiş, müstəqil Azərbay­canın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin et­miş ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.
XQ

Chosen
121
15
xalqqazeti.az

10Sources