EN

Yanvar-fevral aylarında ÜDM istehsalı artıb

2024-cü ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

Əlavə dəyərin 39,9 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 19,8 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olub.

Chosen
309
6
vergiler.az

10Sources