Tanınmış azərbaycanlı maliyyəçi Fərid Sənan oğlu Əlizadənin Vyanada (Avstriya) qəflətən dünyasını dəyişdiyi məlum olub.
FED.az xəbər verir ki, Fərid Əlizadə Rutgers Universitetini və ABŞ-nin Rays Universitetində magistr dərəcəsini bitirdikdən sonra ölkənin aparıcı banklarında uğurla çalışıb. Azərbaycana qayıtdıqdan sonra o, “McDermott” beynəlxalq neft şirkətində məsul vəzifələrdə çalışıb. Daha sonra karyerasını “Bank of Baku” kommersiya bankında davam etdirib. O, uzun müddət bu bankın İdarə Heyətinin sədri olub.
Fərid Əlizadə müalicə aldığı Vyana klinikalarından birində ürək problemindən dünyasını dəyişib. Yaxın günlərdə mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.
Allah Rəhmət elesin. (Banker.az)