Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.Missiya.Az bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasına (DEİK) istinadən xəbər verir.Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.