Ermənistanın Azərbaycana qaytardığı Qazaxın dörd kəndinin sakinləri rayonun başqa-Qazaxbəyli kəndində onlar üçün müvəqqəti tikilmiş binada məskunlaşıblar. Onlarla jurnalist Könül Şahin danışıb.
Yetər Məmmədova 30 ildən çoxdur öz kəndindən, Aşağı Əskiparadan ayrı düşüb. Amma Ermənistanla Azərbaycan arasındakı razılıq onu sevindirir. O, tezliklə kəndinə qayıdacağına ümid edir.
Ermənistanın məlum dörd kəndi geri qaytarması xəbəri Azərbaycanla bu sərhəd bölgədə yaşayan erməni sakinləri narahat edir.
Onlar aksiyalar keçirib, kəndlərin geri qaytarılmasına etiraz edirlər. Aksiyalarda polislə toqquşmalar olub.
Hətta Azərbaycanla sərhəd Kirant kəndindən başlayan etiraz yürüşü Yerevanda böyük aksiyaya çevrilib.
Bağanis Ayrım kəndindən olan Zərbəli Xasayev deyir ki, iki xalq arasında münaqişə başlayana kimi erməni qonşuları ilə münasibətləri yaxşı olub.
Bağanis Ayrım kəndinə gəlin köçdüyünü deyən İlhamə Poladova da geri qayıdacağını səbirsizliklə gözləyir. O, Bağanis Ayrımda kənd təsərrüfatı ilə məşğul olacağını xəyal edir.
Akif Məmmədov Aşağı Əskiparadandır. O, ermənilərlə heç vaxt barışmayacağını deyir.
Videonu YouTube kanalımızda izləyin.