EN

Tanınmış jurnalist vəfat etdi

Jurnalist Sərxan Kamallı vəfat edib.

"Cebhe.info" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb. Onun son iş yeri Baku TV-də redaktor vəzifəsi olub.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
122
10
cebheinfo.az

10Sources