EN

Güclü külək elektrik enerjisi təsərrüfatlarına ziyan vurub

Bakı. Trend:

Regionlarda güclü küləyin elektrik enerjisi təsərrüfatınavurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.

Trend xəbər verir ki, sel suları, yağış və güclü küləkləmüşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir,Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradançıxarmasına səbəb olub.

Hadisə nəticəsində rayonların əksər hissəsində elektrikenerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişıq"ASC-nin əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradanqaldırılması üçün iyunun 20-si günün ikinci yarısından başlayaraqgücləndirilmiş iş rejimində çalışıblar.

Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrikenerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətindəzəruri tədbirlər görülüb.

Hazırda baş vermiş qəzaların 90%-dən yuxarı hissəsinin aradanqaldırıldığı, qarşıdakı saatlarda isə ölkə üzrə elektrik enerjisiverilişinin tam bərpa ediləcəyi qeyd edilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
11
az.trend.az

10Sources