EN

Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Chosen
140
16
fed.az

10Sources