EN

Yay aylarında zeytun yağından istifadəni artırmaq lazımdır – SƏBƏB

Mütəxəssislər yay aylarında yeməklərdə ancaq zeytun yağından istifadə etməyi məsləhət görürlər.

Aralıq dənizi mətbəxinin təməl məhsullarından biri olan zeytun yağını yay aylarında daha çox istehlak etmək tövsiyə edilir.

Musavat.com xəbər verir ki, Medicina.az bunun səbəblərini araşdırıb:

Ürək-damar sağlamlığı üçün: zeytun yağı ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Təkli doymamış yağ turşuları ilə zəngin olan zeytun yağı xolesterini aşağı salmağa, qan təzyiqini tənzimləməyə və qanın laxtalanmasının qarşısını almağa kömək edir. Bu da yay aylarında artan infarkt və insult kimi halların qarşısını alır.

Beyin sağlamlığı üçün: zeytun yağı beyin funksiyalarını yaxşılaşdırır və yaşa bağlı zəka geriləməsinin qarşısını alır. Bu yağ beyin hüceyrələrini oksidləşdirici zədələrdən qoruyan antioksidantlarla zəngindir.

Xərçəng əleyhinə: zeytun yağı bəzi xərçəng növlərindən qorunmağa kömək edə bilər. Zeytun yağının tərkibindəki antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəngə səbəb ola biləcək mutasiyaların qarşısını alır.

Diabetə nəzarət: zeytun yağı qan şəkərinin səviyyəsini tənzimləməyə və diabet riskini azaltmağa kömək edir. Bu yağ insulin müqavimətini yaxşılaşdırmaq və qlükoza tolerantlığını artırmaq üçün də əla seçimdir.

Həzm sisteminin sağlamlığı üçün: zeytun yağı həzm sisteminin sağlam işləməsinə kömək edir. Qəbizliyin qarşısını alır. Öd daşının yaranmasına mane olur. Həmçinin xoraları sağaldır.

Dəri gözəlliyi üçün: zeytun yağı dərini nəmləndirir, qidalandırır və qoruyur. Zeytun yağı dəridə sərbəst radikalların yaratdığı zərərin qarşısını ala və yaşlanma əlamətlərini gecikdirə bilər. Günəş şüaları səbəbilə dəridə mənfi dəyişikliklərin olduğu yay aylarında zeytun yağını bol istehlak etmək və müxtəlif gözəllik prosedurlarında istifadə etmək faydalı olacaq.

Qeyd edək ki, zeytun yağı olduqca yüksək kalori ehtiva edir. Ona görə də ondan çox istifadə etmək dedikdə, həddən artıq yağlı yeməklər və salatlar hazırlamaq yox, digər yağları mətbəxdən yığışdırıb yalnız bu yağa üstünlük vermək nəzərdə tutulur. Həddən artıq zeytun yağı istehlakı kökəlməyə və digər əks təsirlərə səbəb ola bilər.

Chosen
150
13
musavat.com

10Sources