EN

Banklar əhaliyə 333 milyon manat depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2024-cü ilin yanvar-may ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 332.7 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 94.9 milyon manat və ya 40% artıb.

2023-cü ilin ilk 5 ayında banklar 237.8 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Chosen
255
2
banker.az

10Sources