EN

Keçmiş prezident Pezeşkiana səs verdi

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb.

Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
133
23
milli.az

10Sources