EN

Son 6 ayda 302 min 891 “ASAN İmza” sertifikatı verilib

Bu ilin yanvar-iyun aylarında vergiödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 326 min 457 şəxs qəbul edilib, onlara 492 min 520 sayda xidmət göstərilib. Bunun 185 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 103 minə yaxını isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, aşağıda qeyd olunan 9 xidmət hesabat dövrü ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 88,1 faizini təşkil edib.
Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 17 mindən çox yazılı müraciət cavablandırılıb, 6 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Sözügedən dövr ərzində 2 813 vergiödəyicisinin iştirakı ilə 167 görüş keçirilib, 2705 vergiödəyicisinə ünvanlı xidmət göstərilib, vergiödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 282 mindən çox SMS göndərilib.
Dövr ərzində, ümumilikdə, 183 min 553 müraciət üzrə 302 min 891 “ASAN İmza” sertifikatı verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
2
businesstime.az

4Sources