EN

Yanğın təhlükəsizliyi qaydalarını pozan körpələr evi barəsində inzibati protokol tərtib olundu

"İsminur" Körpələr Evi-Uşaq Bağçası MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MMC üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
2
e-huquq.az

9Sources