EN

PAŞA Sığortadan “Porsche” markalı avtomobillər üçün kampaniya!

Bakı. Trend:

PAŞA Sığorta Tam KASKO sığortası üzrə hər həftə fərqli avtomobilmarkaları üçün təşkil etdiyi kampaniyası ilə avtomobil sahiblərinisevindirməyə davam edir!

“Porsche həftəsi” adlı növbəti kampaniya çərçivəsində 29 iyul –4 avqust 2024-cü il tarixlərində sığorta haqqı 500 AZN və dahayüksək məbləğli, “Porsche” markalı avtomobili üçün Tam KASKOməhsulu əldə etmək istəyən sürücülər 20% xüsusi endirim qazanacaq.Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən, yenivə ya tarifinə yükləmə edilməyən yeniləmə fərdi müştərilərə şamiledilir. Kampaniyadan istehsal ili 2009-cu il və daha yuxarı olan“Porsche” markalı avtomobillər yararlana bilər.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/porsche2024linkinə keçid edə bilərsiniz.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflıməlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığortaməsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/ZelHp4cU keçidi iləonlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizinmarka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini,sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyətvəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini,həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmiFacebook (https://www.facebook.com/pasha.insurance) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçünmüraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideriolan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞAHolding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativvə fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmətgöstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi"PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini vəmaliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə“Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığortayığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləriilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindənbiridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
17
az.trend.az

10Sources