Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 420-dən çox adam saxlanılıb.Elchi.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.Mühacirlərə qarşı keçirilən, bəzi hallarda polislə toqquşmalar və talanlarla müşayiət olunan etiraz aksiyaları artıq bir həftəyə yaxındır ki, davam edir. Aksiyaya səbəb Sautport şəhərində üç uşağın öldürülməsi və qatilin şəxsiyyəti ilə bağlı yayılan şayiələr olub.“The Times” qəzetinin məlumatına görə, bunun fonunda bəzi deputatlar Baş nazir Kir Starmeri təcili olaraq parlament tətilini dayandırmağa və qanunverici orqanın iclasını keçirməyə çağırıb.Hələlik hökumət bu kimi planlara qarşı çıxır.Qeyd edək ki, avqustun 5-də COBRA (Cabinet Office Briefing Room А) fövqəladə hökumət komitəsinin kütləvi iğtişaşlarla bağlı iclası keçirilməlidir.Havar Şəfiyeva